...

Goranboyda 14 km-lik avtomobil yolu yenidən qurulur (FOTO/VİDEO)

İqtisadiyyat Materials 12 Fevral 2018 10:26 (UTC +04:00)
63 kənd və qəsəbələrarası avtomobil yollarının yenidən qurulması layihələri çərçivəsində agentlik tərəfindən böyük miqyasda tikinti və bərpa işləri aparılır.
Goranboyda 14 km-lik avtomobil yolu yenidən qurulur (FOTO/VİDEO)

Bakı. Samir Əli - Trend:

Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına yönəldilən Dövlət Proqramlarına uyğun olaraq, yol infrastrukturunun yenidən qurulması layihələri ilə bağlı tapşırıq və sərəncamları ilə vətəndaşların rahat gediş-gəlişinin təmin olunmasına, sənaye, kənd təsərrüfatı və turizmin inkişafına hesablanan avtomobil yolu layihələrinin icrasına uğurla start verilib.

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən Trend-ə verilən məlumata əsasən, respublikanın hər yerində bu il reallaşdırılması nəzərdə tutulan 63 kənd və qəsəbələrarası avtomobil yollarının yenidən qurulması layihələri çərçivəsində agentlik tərəfindən böyük miqyasda tikinti və bərpa işləri aparılır.

Goranboy rayonunda bu çərçivədə ümumi uzunluqları 34 km olan və 26.5 min əhalinin yaşadığı 20 yaşayış məntəqəsini əhatə edən 2 avtomobil yolunun yenidən qurulması nəzərdə tutulub.

Bu yollardan biri Dəliməmmədli-Quşçular-Faxralı-Qurbanzadə-Alpout avtomobil yoludur. Uzunluğu 14 km olan yol IV texniki dərəcəyə uyğun bərpa edilir.

Uzun illər istismar olunduğundan yolun hərəkət hissəsində çökmələr, sürüşmə xarakterli deformasiyalar əmələ gəldiyindən yolun əsaslı şəkildə bərpasına ehtiyac var idi. Bu səbəbdən yolun yenidən tikintisi 5 yaşayış məntəqəsinin 12 minə yaxın əhalisinin ürəyincə olub.

Hazırda layihəyə uyğun 10 metr enində yeni yol yatağının tikintisi aparılır. Bunun üçün kənardan xüsusi çınqıl material daşınır, yolun altından əkin sahələrinin suvarılması və əhalinin istifadəsi üçün suların ötürülməsi məqsədilə 10 yerdə müxtəlif diametrli suötürücü boruların tikintisi işləri də uğurla icra olunur.

Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti ilə texnoloji ardıcıllıqla həyata keçirilən işlərin davamı olaraq qum-çınqıl qarışığından ibarət yol əsasının tikintisi, ardınca isə 2 laydan ibarət asfalt-beton örtüyünün salınması işləri aparılacaq.

Sözügedən yolun yenidən qurulması yol boyu yaşayan vətəndaşlarımızın Goranboy rayonunun Dəliməmmədli şəhərinə rahat gediş-gəlişi təmin olunsun, həmçinin, Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu vasitəsilə respublikamızın istənilən istiqamətinə hərəkət etmək mümkün olsun.

Goranboy rayonunun Hazırəhmədli, Göynüyən və Qarasuçu kəndlərində yaşayan 3 mindən artıq əhali də sevinc içindədir. Çünki bu kəndlərə gedən və 3.5 km uzunluğa malik olan avtomobil yolu da uzun müddətdən sonra təmir olunur.

Təmir işləri zamanı köhnə yol əsası qazılaraq çıxarılır və qum-çınqıl qarışığından ibarət yeni yol əsası salınır. Yol əsası hazır olan hissələrə isə yüksək keyfiyyətli asfalt-beton örtük döşənir.

AAYDA-nın rəhbərliyinin nəzarəti altında mövcud olan tikinti normalarına müvafiq yüksək keyfiyyətlə aparılan yenidənqurma işlərinin tərtib olunmuş qrafikə uyğun yekunlaşdırılması üçün tikinti ərazilərinə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti