...

Mart ayının 14-də “Excelsior Hotel & Spa Baku” otelində Business Service Center Consulting&Outsourcing şirkətinin biznes partnyorluğu etdiyi ”Nafta-Oil Group” MMC şirkətinin təqdimat mərasimi keçirilib (FOTO)

İqtisadiyyat Materials 16 Mart 2018 12:19 (UTC +04:00)
Business Service Center Consulting&Outsourcing şirkətinin biznes partnyorluğu etdiyi ”Nafta-Oil Group” MMC şirkətinin təqdimat mərasimi keçirilib.
Mart ayının 14-də “Excelsior Hotel & Spa Baku” otelində Business Service Center Consulting&Outsourcing şirkətinin biznes partnyorluğu etdiyi ”Nafta-Oil Group” MMC şirkətinin təqdimat mərasimi keçirilib (FOTO)

Bakı. Trend:

Mart ayının 14-də “Excelsior Hotel & Spa Baku” otelində Business Service Center Consulting&Outsourcing şirkətinin biznes partnyorluğu etdiyi ”Nafta-Oil Group” MMC şirkətinin təqdimat mərasimi keçirilib.

Trend-in məlumatına görə, tədbir iştirakçıları ilk olaraq otelin foyesində Naftalan neftindən hazırlanmış rəsmlərdən ibarət sərgi ilə tanış oldular.

Açılış mərasimində “Nafta-Oil Group” MMC şirkətinin direktoru Şəmsəddin Həsənov çıxış edərək Naftalan neftinin yaranma tarixi, inkişaf mərhələləri, sağlamlığa təsiri barədə ətraflı məlumat verib. Öz çıxışında şirkətin fəaliyyətində əməyi olan hər bir əməkdaşa, onu dəstəkləyən tərəfdaşlara, şirkətin inkişafı yolunda onunla birgə addımlayan müştərilərə öz minnətdarlığını bildirib.

“Nafta-Oil Group” MMC şirkətinin biznes partnyoru olan Business Service Center şirkətinin nümayəndəsi Eltun Rzayev çıxışında “Nafta-Oil Group” MMC-in gələcək inkişaf perspektivlərindən, bu il üçün nəzərdə tutulmuş planlardan, habelə Azərbaycan bazarından söz açıb. Eyni zamanda “Nafta-Oil Group” MMC şirkəti ilə yarandığı gündən əməkdaşlıq etdiyini və bu müddət ərzində bu əməkdaşlığın çox etibarlı və yaxın tərəfdaşlıq münasibətlərinə çevrildiyini də qeyd edib.

“Nafta-Oil Group” MMC şirkətinin tərəfdaşı olan Sel MMC şirkətinin təsisçisi, Akademik Fizik Həsən Kazımov öz çıxışında Naftalan neftinin əhəmiyyətindən danışıb. Azərbaycan bazarına və xarici bazara təqdim olunacaq Naftalan nefti tərkibli məhsulların hər birinin üstün xüsusiyyətləri, müalicəvi təsirlərini iştirakçılara izah edib. Naftalan neftinin dünya bazarında da önəmindən söz açan Həsən Kazımov “Nafta-Oil Group” MMC şirkəti ilə əməkdaşlıqlarının əhəmiyyətini xüsusi vurğulamış və şirkətin həyata keçirdiyi fəaliyyəti qiymətləndirib.

Sözügedən tədbirdə şirkət əməkdaşları ilə yanaşı İnam Medical Center-in baş həkimi, Professor Etibar Kazımov da öz çıxışında Naftalan neftinin tibbi əhəmiyyəti haqqında çıxış edərək tədbir iştirakçılarını məlumatlandırıb. Daha sonra fikir mübadiləsi aparılaraq tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

Tədbirdə nümayəndə heyəti ilə yanaşı, özəl və dövlət təşkilatlarından dəvət olunmuş nümayəndələr, habelə KİV və digər qonaqlar iştirak etmişdir.
Musiqili proqramla davam edən tədbirdə, iştirakçılara müxtəlif qiymətli hədiyyələr verilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti