...

Maliyyə inklüzivliyinin gücləndirilməsi istiqamətində növbəti addım

İqtisadiyyat Materials 24 Aprel 2018 10:08 (UTC +04:00)
Nağdsız ödəniş şəbəkəsinin genişləndirilməsi üzrə fəaliyyət davam etdirilir.
Maliyyə inklüzivliyinin gücləndirilməsi istiqamətində növbəti addım

Bakı. Trend:

Prezidentin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası çərçivəsində Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) maliyyə inklüzivliyinin gücləndirilməsi prioritet hədəfi üzrə vətəndaşların maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirir.

Palatadan Trend-ə verilən məlumata görə, yaradılmış İşçi Qrupa daxil olan təşkilatların birgə fəaliyyəti nəticəsində “Günay Bank” ASC təmsil olunduğu “Sumqayıt ASAN” mərkəzində ödəniş kartları ilə Hökumət Ödəniş Portalı (HÖP) üzərindən təqdim olunan xidmətlər üzrə nağdsız ödənişlərin aparılması üçün POS-terminal quraşdıraraq vətəndaşların istifadəsinə təqdim edib. Bu POS-terminallar vasitəsilə kütləvi xidmətlərin və bir sıra büdcə ödənişlərinin nağdsız formada ödənilməsi artıq mümkündür.

Digər “ASAN xidmət” mərkəzlərində də nağdsız ödəniş şəbəkəsinin genişləndirilməsi üzrə fəaliyyət davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti