...

Ödəniş kartları ilə fırıldaqçılıq əməliyyatlarına qarşı addımlar atılacaq

İqtisadiyyat Materials 27 Aprel 2018 10:51 (UTC +04:00)
Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən Azərbaycan Banklar Assosiasiyası ilə birgə “MasterCard Worldwide” beynəlxalq kart təşkilatının iştirakı ilə seminar təşkil olunub.
Ödəniş kartları ilə fırıldaqçılıq əməliyyatlarına qarşı addımlar atılacaq

Bakı. Trend:

Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası çərçivəsində maliyyə sektorunda çalışan əməkdaşların bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə Azərbaycan Banklar Assosiasiyası ilə birgə “MasterCard Worldwide” beynəlxalq kart təşkilatının iştirakı ilə seminar təşkil olunub.

Palatadan Trend-ə verilən məlumata görə, bankların nümayəndələrinin iştirak etdiyi tədbir ödəniş kartları ilə fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə tədbirlərinə həsr olunub.

Seminar zamanı “MasterCard Worldwide” beynəlxalq kart təşkilatının risklərin idarə edilməsi üzrə eksperti Cem Kibaroğlu ödəniş kartları ilə aparılan fırıldaqçılıq əməliyyatlarında son tendensiyalar, daha geniş yayılmış dələduzluq halları və onlara qarşı mübarizə tədbirləri, habelə texnoloji inkişaf və innovasiyaların tətbiqinin genişlənməsi nəzərə alınaraq bu sahədə atılacaq addımlar haqqında ətraflı məlumat verib.

Tədbirdə, həmçinin “MasterCard Worldwide” beynəlxalq kart təşkilatı tərəfindən tətbiq olunacaq yeniliklər açıqlanıb, qeyd olunan mövzular ətrafında iştirakçıların sualları cavablandırılaraq qarşılıqlı fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti