...

BP-nin yeni vitse-prezidenti azərbaycanlı təyin olunub

İqtisadiyyat Materials 25 İyun 2018 14:37 (UTC +04:00)
BP-nin yeni vitse-prezidenti azərbaycanlı təyin olunub
BP-nin yeni vitse-prezidenti azərbaycanlı təyin olunub

Bakı. Trend:

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə modernləşdirmə və transformasiya proqramına rəhbərlik edən Nərminə Nəbiyeva 18 iyun 2018-ci il tarixindən şirkətin insan resursları üzrə vitse-prezidenti təyin olunub.

Şirkətdən Trend-ə verilən məlumata görə, bu vəzifədə N.Nəbiyeva BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə rəhbər qrupunun, həmçinin BP-nin apstrim seqmentinin insan resursları üzrə regional rəhbər qrupunun üzvü olacaq.

Nərminə Nəbiyeva bu yeni vəzifəyə biznes əlaqələri və rəhbərlik sahəsində zəngin təcrübəsi ilə gəlir. Bundan əvvəl o, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə insan resursları şöbəsində, Hindistanda BP-nin Reliance şirkəti ilə tərəfdaşlığı fəaliyyətində və BP-nin apstrim seqmentinin talant və öyrənmə qrupunda çalışıb.

N.Nəbiyevanın Dövlət İdarəçilik Akademiyasından dövlət idarəçiliyi və iqtisadiyyat üzrə bakalabr dərəcəsi və Böyük Britaniyanın Robert Qordon Universitenindən menecment üzrə diplomu var. O həmçinin İnsan Resurslarının İdarə Olunması və İnkişafı üzrə ixtisaslaşmış İnstitutun (CİPD) üzvüdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti