...

“AtaBank” ASC Silahlı Qüvvələr Günü münasibəti ilə xüsusi kampaniya keçirir

İqtisadiyyat Materials 25 İyun 2018 14:54 (UTC +04:00)
“AtaBank” ASC, 25 iyun - 10 iyul 2018-ci il tarixlərində Silahlı Qüvvələr günü münasibəti ilə hərbçilərimiz üçün xüsusi kampaniyaya start verir.
“AtaBank” ASC Silahlı Qüvvələr Günü münasibəti ilə xüsusi kampaniya keçirir

Bakı. Trend:

“AtaBank” ASC, 25 iyun - 10 iyul 2018-ci il tarixlərində Silahlı Qüvvələr günü münasibəti ilə hərbçilərimiz üçün xüsusi kampaniyaya start verir.

Trend-in məlumatına görə, kampaniyanın şərtləri isə cox rahatdır. Hərbçi vəsiqəsini təqdim etməklə “AtaBank” ASC-nin VİSA Electron plastik kartlarına 50% endirim əldə etmək olar.

Kampaniyanın əsas məqsədi bayram əhval-ruhiyyəsini qaldırmaq və hərbçilərimizə bu bayram günlərində sevinc hissi bəxş etməkdir.

1993-cü ildən fəaliyyət göstərən “AtaBank” ASC 100% yerli kapitala malik, qabaqcıl texnologiyalı universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti