...

Kommunal xidmət tarifləri artırılır

İqtisadiyyat Materials 29 İyun 2018 16:40 (UTC +04:00)
Rusiyada iyulun 1-dən etibarən kommunal xidmət tarifləri orta hesabla 4 faiz artacaq
Kommunal xidmət tarifləri artırılır

Bakı. Trend:

Rusiyada iyulun 1-dən etibarən kommunal xidmət tarifləri orta hesabla 4 faiz artacaq.

Trend-in məlumatına görə, tarif artımı regionlardan asılı olaraq dəyişəcək.

Belə ki, ən çox artım Sankt-Peterburq şəhərində və Yakutiya respublikasında (6 faiz), ən az artım isə Şimali Osetiya respublikasında və Novosibirsk vilayətində (3 faiz) planlaşdırılır.

Qeyd olunur ki, tarif artımı elektrik və qaz təchizatına, istilik sistemi, isti və soyuq su təchizatına, kanalizasiya, eləcə də zibil daşımalarına şamil olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti