...

Azər Türk Bank vurulan qolların sayına uyğun kredit faizlərini endirir

İqtisadiyyat Materials 2 İyul 2018 13:11 (UTC +04:00)

Bakı. Trend:

Futbol üzrə Dünya Çempionatının 1-15 iyul tarixlərində keçiriləcək oyunlarında vurulan qollar tək rəqibləri deyil, faizləri də yenəcək.

Trend-in məlumatına görə, Azər Türk Bank göstərilən tarixlərdə baş tutacaq qarşılaşmalarda vurulan hər bir qola görə istehlak kreditləri üzrə faiz dərəcəsini endirəcək.

Gün ərzindəki oyunlarda qapılardan keçən topların sayı hesablanıb illik faiz dərəcəsindən çıxılacaq.

Daha ətraflı məlumatı http://azerturkbank.az/campaigns/soccer/ saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti