...

Bakının əsas prospektlərindən birində hərəkət məhdudlaşdırılacaq

İqtisadiyyat Materials 17 İyul 2018 10:19 (UTC +04:00)
Paytaxtın Ziya Bünyadov prospektinin bir hissəsində hərəkət məhdudlaşdırılacaq.
Bakının əsas prospektlərindən birində hərəkət məhdudlaşdırılacaq

Bakı. Samir Əli - Trend:

Paytaxtın Ziya Bünyadov prospektinin bir hissəsində hərəkət məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, iyulun 17-dən 18-nə keçən gecə Ziya Bünyadov prospektinin Böyük Şor yolu ilə kəsişməsindən sonra (Baku Steel Company-nin qarşısı) yerləşən avtomobil tunelində sıradan çıxmış işıqlandırma sisteminin yenilənməsi işləri aparılacaq.

Bu məqsədlə tunelin "Koroğlu" metro stansiyası istiqamətində olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti gecə saat 01:00-dan 04:00-a kimi məhdudlaşdırılaraq yan yollara yönəldiləcək.

Yaranan müvəqqəti narahatlığa görə Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti