...

Çinin nəhəng avtomobil istehsalçısı olan GAC markası Bakıda yeni modelləri təqdim edib (FOTO)

İqtisadiyyat Materials 1 Avqust 2018 10:00 (UTC +04:00)

Bakı. Trend:

Çinin nəhəng avtomobil istehsalçısı olan GAC markası iyun ayının 19-da Bakıda Sirena Motorsun Babək prospektindəki sərgi satış mərkəzində yeni modelləri ictimaiyyətə təqdim edib.

Təqdim olunan GAC GA8 biznes sedanı və 7 nəfərlik Suv GAC GS8 modelləri olub.

Təqdimat gecəsinə şou-biznesin bir çox simaları, iş adamları və media nümayəndələri qatılıb.

Təqdim olunan avtomobillərin əsas üstünlüyü isə sinfində olan digər avtomobillərdən qat-qat aşağı yanacaq sərf etməsidir.

Belə ki, GAC GS8 avtomobili 2.0 L Turbo mühərriklə təhciz edilib. Avtomobilin yanacaq sərfiyyatı şossedə 90 km/saat sürətlə 6,5 litr təşkil edir. Şəhər yollarında isə 9-12 litr yanacaq işlədir: İnteryer və eksteryer baxımından zəngin olan avtomobilləri sərfəli kredit şərtləri ilə əldə etmək mümkündür. GAC markasının modellərini Sirena Motorsun salonlarından bütün avtomobillər ilkin ödəniş 15%-dən başlayaraq əldə edə bilərsiniz. Avtomobillərə 5 il və ya 120.000 km zəmanət verilir.

Xatırladaq ki, GAC markasının buna qədər 2014 cü ildə GA3,GA5 və GS5 modellərini Azərbaycanda satışa çıxarıb. 2016-cı ilin sonunda isə GS4 krossoveri avtomobil həvəskarlarına təqdim olunub. Markanın Azərbaycanda yeganə və rəsmi distribyutoru Sirena Motors şirkətidir. Sirena Motors Çinin 4 avtomobil konserni ilə yaxından əməkdaşlıq edir.

Əlaqə nömrələri: Bakı, (050) 226 32 00, (050) 226 32 05, Gəncə şəhəri, (070) 9911919, Lənkəran Şəhəri, (050) 348 78 88

Sirenamotors.az saytı vasitəsilə avtomobillərin sınaq yürüşünə qeydiyyatdan keçə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti