...

İstanbulun yeni hava limanından Bakıya ilk reysin TARİXİ açıqlandı

İqtisadiyyat Materials 11 Oktyabr 2018 17:31 (UTC +04:00)
İstanbulun yeni hava limanından Bakıya ilk reysin tarixi açıqlandı.
İstanbulun yeni hava limanından Bakıya ilk reysin TARİXİ açıqlandı

Bakı. Rufiz Hafizoğlu - Trend:

İstanbulun yeni hava limanından Bakıya ilk reys 2018-ci il noyabrın 1-i yerli vaxtla saat 15:55-də həyata keçiriləcək.

Bu barədə Trend Türkiyə Baş Dövlət Hava Limanları İdarəsinə (DHMİ) istinadən məlumat verir.

Bakıdan geriyə uçuş isə noyabrın 2-si saat 08:53-də baş tutacaq.

İstanbulun yeni hava limanından ilk reys oktyabrın 31-i Ankaraya icra olunacaq.

Bakıya aviabiletlərin satışına isə ötən gündən başlanıb.

Qeyd edək ki, Türkiyədən 282 istiqamətdə uçuşlar həyata keçirilir. Yeni aeroportun istismara verilməsi ilə bu göstərici 350 olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti