...

Azərbaycanlı iş adamları Təbrizdə qeyri-neft ixracının inkişafı ilə bağlı konfransa qatılacaq

İqtisadiyyat Materials 13 Noyabr 2018 09:58 (UTC +04:00)
Təbrizdə “İqtisadiyyat Diplomatiyası” adı altında İranın Qeyri-Neft İxracının İnkişafı Milli Konfransı keçiriləcək.
Azərbaycanlı iş adamları Təbrizdə qeyri-neft ixracının inkişafı ilə bağlı konfransa qatılacaq

Bakı. Elnur Bağışov - Trend:

Təbrizdə “İqtisadiyyat Diplomatiyası” adı altında İranın Qeyri-Neft İxracının İnkişafı Milli Konfransı keçiriləcək.

Trend-in məlumatına görə, bunu Təbrizin Ticarət, sənaye, mədən və kənd təsərrüfatı palatasının sədri Səməd Həsənzadə deyib.

Onun sözlərinə görə, 21-22 noyabrda keçiriləcək konfransa İran İslam Respublikası və Şərqi Azərbaycan vilayəti ilə iqtisadi mübadilələri olan ölkələrin, o cümlədən Türkiyə, İraq, Azərbaycan və Naxçıvanın iş adamları və səfirləri, İran vilayətlərinin ticarət palatalarının rəyasət heyətləri qatılacaqlar.

S.Həsənzadə əlavə edib ki, bu konfransda bank, vergi, gömrük sahələrindəki problemlər araşdırılacaq və ümumilikdə bu problemlərdən çıxış yolları haqda təkliflər irəli sürüləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti