...

ETSN-nin nümayəndələri Gədəbəydə qızıl-mis istismar yatağında olublar

İqtisadiyyat Materials 24 Noyabr 2018 15:48 (UTC +04:00)
ETSN-nin nümayəndələri Gədəbəydə fəaliyyət göstərən qızıl-mis istismar yatağı ilə tanış olublar
ETSN-nin nümayəndələri Gədəbəydə qızıl-mis istismar yatağında olublar

Bakı. Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) məsul şəxsləri Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited (AİMK) şirkətinin Gədəbəy rayonunda fəaliyyət göstərən qızıl-mis istismar yatağı ilə tanış olublar.

ETSN-dən Trend-ə verilən məlumata görə, nazirliyin nümayəndələri geoloji kəşfiyyat işləri aparılan ərazilərə, yeraltı və açıq mədən üsulu ilə istismar olunan yataqlara baxış keçirib, ətraf mühitin mühafizəsi ilə əlaqədar görülən işlərlə maraqlanıblar.

Daha sonra nazirliyin rəsmilərinə şirkətin iş fəaliyyətini əks etdirən təqdimat keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti