...

Pambığın növü üzrə ALIŞ QİYMƏTLƏRİ açıqlandı - Artırılıb

İqtisadiyyat Materials 28 Noyabr 2018 10:11 (UTC +04:00)
Azərbaycanda pambıq qəbulu məntəqələrinə 216 min 403 ton məhsul təhvil verilib.
Pambığın növü üzrə ALIŞ QİYMƏTLƏRİ açıqlandı - Artırılıb

Bakı. Trend:

Azərbaycanda pambıq qəbulu məntəqələrinə 216 min 403 ton məhsul təhvil verilib.

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, noyabrın 27-nə olan operativ məlumatda deyilir ki, ölkə üzrə pambıq tədarükündə Saatlı (28 min 391 ton), Bərdə (23 min 571 ton), Ağcabədi (21 min 952 ton), Biləsuvar (20 min 563 ton) və Beyləqan (20 min 285 ton) rayonları irəlidədir. Ötən ilin eyni dövrü ilə müqayisədə 2018-ci ildə 13,1 faiz çox pambıq tədarük olunub. Sahələrdən pambıq yığımı davam edir.

Qeyd edək ki, dövlət emal müəssisələrinə təhvil verilmiş pambığın hər kiloqramına görə fermerə 10 qəpik subsidiya verir. Həmçinin pambıq əkən fermerlərin məhsul istehsalına həvəsləndirilməsi və onların maddi rifahının daha da yüksəldilməsi məqsədilə pambığın növlər üzrə mövcud alış qiymətləri hər tona 50 manat olmaqla, 2018-ci ilin məhsulu üçün 1-ci növün qiyməti 600-dən 650 manata, 2-ci növün 580-dən 630 manata, 3-cü növün 540-dan 590 manata, 4-cü növün 500-dən 550 manatadək artırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti