...

Unibank-dan biznes sahiblərinə Yeni il hədiyyəsi: “Maaş sizlik, xərclər bizlik!”

İqtisadiyyat Materials 4 Dekabr 2018 13:02 (UTC +04:00)

Bakı. Trend:

Unibank şirkətlər üçün çox lazımlı və sərfəli Yeni il kampaniyası keçirir. İndi Unibank-ın əmək haqqı layihəsinə qoşulan korporativ müştərilərə əmək haqqı kartları pulsuz veriləcək. Üstəlik bu kampaniyadan faydalanan şirkətlərdən bir il ərzində əmək haqqı layihəsinə görə komissiya tutulmayacaq. Kampaniya 1 fevral 2019-cu il tarixinədək davam edəcək.

Bu kampaniyaya qoşulan korporativ müştərilər aşağıdakı üstünlükləri əldə edəcəklər:

Şirkətlər:

  • Hər bir əməkdaşa 3 illik əmək haqqı kartları hədiyyə (rəhbər şəxslərə premium kartlar);
  • 1 il müddətinə əmək haqqı fondu üzrə xidmət tarifi – 0%.

Şirkət işçiləri:

  • İşçilərin əmək haqqı kartında hesab qalıq məbləğinə 3% gəlir;
  • Kartlarla alış-veriş zamanı 30%-dək cash back;
  • Şirkətin işçiləri üçün illik 7 %-lə ipoteka krediti;
  • Güzəştli şərtlətlə istehlak kreditləri;
  • Albalı Plus kredit kartı hədiyyə.

Unibank-ın biznes müştərisi olmaq hansı üstünlüklər verir?

  • Sərfəli tariflər;
  • Dünyanın istənilən yerindən hesablarınızın məsafədən və təhlükəsiz idarə olunması imkanı;
  • Hesabın bir neçə dəqiqə ərzində bron edilməsi;
  • Kartların pulsuz sifarişini mümkün edən sərfəli əmək haqqı layihəsi, ölkəmizdəki bütün bankomatlardan əmək haqqını komissiyasız nağdlaşdırma imkanı;
  • Kassa kəsirlərinin qarşısının alınması üçün lazımı məbləğdə overdraftların ayrılması;
  • Sənəd dövriyyəsinin minimuma endirilməsi;
  • Unibank və eManat terminallarında ödəniş və digər əməliyyatlar aparmaq imkanı;
  • Korporativ xidmətlər sahəsində peşəkar və savadlı bank mütəxəssislərinin xidməti.

Unibank geniş çeşidli məhsul və xidmətləri ilə biznes sahiblərinin xidmətindədir. Sahibkarlar həftə ərzində saat 09.00-dan 17.00-dək “Qara Qarayev”, “İçərişəhər” , “Dərnəgül”, “Yasamal”, 15 saylı, “Neftçilər”, “Əhmədli”, “Əcəmi” filiallar və “Unibank-biznes mərkəzi”nə, eləcə də Unibank-ın bölgə filiallarına müraciət edə bilərlər.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan http://www.unibank.az/az/corporate-clients əldə etmək olar.

Unibank - Biznesinizə daimi dəstək!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti