...

ICAO tərəfindən Dövlət Mülki Aviasiya Agentliyində keçirilmiş auditin yekun nəticələri açıqlanıb

İqtisadiyyat Materials 12 Dekabr 2018 15:24 (UTC +04:00)
Azərbaycan mülki aviasiya sahəsində beynəlxalq standartlara uyğunluğun təmin edilməsi üzrə Avropa və MDB regionunda ən yüksək nəticə əldə edib.
ICAO tərəfindən Dövlət Mülki Aviasiya Agentliyində keçirilmiş auditin yekun nəticələri açıqlanıb

Bakı. Trend:

2-11 iyulda Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) tərəfindən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyində keçirilmiş auditin yekun nəticələri bəlli olub.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, bu nəticələrə əsasən, Azərbaycan mülki aviasiya sahəsində beynəlxalq standartlara uyğunluğun təmin edilməsi üzrə son iki il ərzində 23,3% irəliləyiş əldə edib.

4-5 dekabrda Parisdə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Avropa və Şimali Atlantika üzrə Regional Bürosunda təşkil edilmiş görüşdə Büronun regional direktoru Luis Fonseka de Almeyda Dövlət Mülki Aviasiya Agentliyinin nümayəndə heyətini təbrik edərək Azərbaycanın əldə etdiyi bu tərəqqinin 2018-ci ildə region üzrə ən yüksək nəticə olduğunu qeyd edib.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Arif Məmmədov L.F. Almeydaya təbrikə görə təşəkkürünü bildirərək, ölkəmizdə aviasiya sahəsində təhlükəsizliyin təmin edilməsində daha yüksək nailiyyətlərin əldə edilməsi istiqamətində bundan sonra da ICAO ilə sıx əməkdaşlığın davam etdiriləcəyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti