...

Bu dəmiryolu layihəsinin sürətləndirilməsinə 42,8 milyon dollar ayrılıb

İqtisadiyyat Materials 3 Yanvar 2019 13:40 (UTC +04:00)
İran Milli Bankı Ərdəbil dəmiryolunun inşasına 7,5 trilyon rial (təxminən 178 milyon dollar) vəsait ayırıb.
Bu dəmiryolu layihəsinin sürətləndirilməsinə 42,8 milyon dollar ayrılıb

Bakı. Elnur Bağışov - Trend:

İran Milli Bankı Ərdəbil dəmiryolunun inşasına 7,5 trilyon rial (təxminən 178 milyon dollar) vəsait ayırıb. İndiyədək bu məbləğin 1,8 trilyon rialı (təxminən 42,8 milyon dollar) ödənib.

Trend-in məlumatına görə, bunu İranın Milli Bankının icra direktoru Məhəmməd Rza Hüseynzadə deyib.

Onun sözlərinə görə, bu məbləğin 800 milyard rialı (təxminən 19 milyon dollar) cari ilin 7-ci ayında, 1 trilyon rialı (təxminən 23,8 milyon dolları) isə ötən gün əlaqədar şirkətin hesabına ödənilib.

Hüseynzadə əlavə edib ki, Ərdəbil dəmiryolu layihəsi üçün lazımi vəsait iş prosesinə əsasən ödənilir və 3-cü ödəniş isə 12-ci ayda podratçı şirkətin hesabına ödənəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti