...

Ötən il nazirlik tərəfindən 700-ə yaxın əməkdaş barədə intizam tənbeh tədbirləri tətbiq olunub

İqtisadiyyat Materials 15 Yanvar 2019 14:36 (UTC +04:00)
255 nəfər isə dövləq qulluğuna qəbulla bağlı qanunvericilik qaydasında nazirlik sistemində işə qəbul edilib
Ötən il nazirlik tərəfindən 700-ə yaxın əməkdaş barədə intizam tənbeh tədbirləri tətbiq olunub

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, sosial müdafiə və aktiv məşğulluq tədbirlərinin gücləndirilməsi ilə yanaşı, həssas qrupların rifah halının yaxşılaşdırılmasına yönələn bu tədbirlərin təşkilində qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl olunması və vətəndaşlarla münasibətlərin şəffaf qurulması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətində başlıca prinsiplərdən biridir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, xüsusilə əhali ilə sıx təmasların mövcud olduğu yerli strukturların fəaliyyətinə, onlar tərəfindən sosial proqramların, o cümlədən özünüməşğulluq proqramının icrasına nəzarət həyata keçirilir, vətəndaşlar tərəfindən daxil olan şikayətlər operativ araşdırılır. Fəaliyyətində, vətəndaşlara xidmətlərdə nöqsanlara yol verən, dövlət qulluqçularının etik davranış qaydalarına zidd elementlər aşkar edilən əməkdaşlarla bağlı aidiyyəti tədbirlər görülür, hər hansı qanun pozuntularının aradan qaldırılması təmin edilir.

Daxili nəzarət tədbirlərinin nəticəsi olaraq ötən il nazirliyin mərkəzi aparatı və struktur bölmələri üzrə 687 əməkdaş barəsində intizam tənbeh tədbiri tətbiq olunub. Həmçinin nazirliyin 26 struktur vahidi üzrə audit yoxlamaları aparılıb, 4 struktur vahidi üzrə audit yoxlamaların nəticələrinə dair tərtib edilən sənədlər müvafiq araşdırma və hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

İl ərzində 255 nəfər isə dövləq qulluğuna qəbulla bağlı qanunvericilik qaydasında nazirlik sistemində işə qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti