...

DİQQƏT! Bu yolda təhlükəsizlik sədləri təmir olunur

İqtisadiyyat Materials 31 Yanvar 2019 11:12 (UTC +04:00)
Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Bakı-Hacıqabul hissəsində qəzalar nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.
DİQQƏT! Bu yolda təhlükəsizlik sədləri təmir olunur

Bakı. Samir Əli - Trend:

Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Bakı-Hacıqabul hissəsində qəzalar nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə işlər bir neçə gün ərzində davam etdiriləcək.

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti