...

Deputat: OPEC+ formatında iclasın Bakıda keçirilməsi mühüm hadisədir

İqtisadiyyat Materials 18 Mart 2019 12:24 (UTC +04:00)

Bakı. Xeyrəddin Həsənzadə - Trend:

OPEC+ formatında iclasın Bakıda keçirilməsi Azərbaycanın bu təşkilatla əməkdaşlığı çərçivəsində mühüm hadisədir.

Bunu Trend-ə Milli Məclisin deputatı, iqtisadçı deputat Rüfət Quliyev deyib.

O qeyd edib ki, Azərbaycan OPEC-lə sıx əməkdaşlıq edən ölkələr sırasındadır.

Neft hasilatının azaldılması barədə sazişin icrası ilə bağlı danışan R.Quliyev bildirib ki, Azərbaycan hər zaman öz öhdəliklərini yerinə yetirir və regionda iri neft ixracatçısı olduğu üçün hasilatın nizamlanması məsələləri və dünya bazarlarında stabil neft qiymətlərində maraqlıdır.

O əlavə edib ki, bu məsələlər OPEC+ iclasının gündəliyində olacaq, çünki istehsalın azaldılması vasitəsilə dünya bazarlarında neft qiymətlərinin stabilləşməsi optimal qərardır.

Qeyd edək ki, bu gün Bakıda OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinin 13-cü iclası öz işinə başlayıb. Toplantıda 14 neft istehsalçısı ölkə və OPEC Katibliyi yüksək səviyyədə təmsil olunur.

İclasda OPEC-in bazarın inkişaf tempinin təhlili əsasında hazırlanmış təqdimatı və Müştərək Texniki Komissiyanın (JTC) fevral ayı üzrə hasilat göstəricilərindən bəhs edən hesabatı müzakirə edilir, həmçinin JTC-nin bazarın balanslaşdırılması üzrə tövsiyyələri və neft istehsalının azaldılmasına dair öhdəliklərə əməletmə səviyyəsi nəzərdən keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti