...

Vaxtın getməsin boşa, yüklə, növbəsiz yaşa!

İqtisadiyyat Materials 12 İyul 2019 13:56 (UTC +04:00)
"AzəriKard"la hava limanında avtodayanacaq haqqı avtomatik ödəniləcək.
Vaxtın getməsin boşa, yüklə, növbəsiz yaşa!

Bakı. Trend:

"AzəriKard"la hava limanında avtodayanacaq haqqı avtomatik ödəniləcək.

Azərbaycanda ilk və ən böyük prosessinq mərkəzi olan “AzəriKard” “Premium” Bankla birgə yeni layihəyə başladı. Artıq “AzəriKard” - “Premium” Bank mobil əlavəsi istifadəçiləri hava limanında park ödənişi növbəsində vaxt itirməyəcəklər, belə ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında dayanacaq haqqı həmin müştərilər üçün avtomatik ödəniləcək.

Mobil bank istifadəçiləri hər zaman olduğu kimi hava limanına daxil olduqda ödəniş qəbzini (kartını) əldə edirlər. Lakin dayanacağı tərk etdikdə ödəniş növbəsində vaxt itirmədən 6 nömrəli çıxışda kartı geri qaytarıb birbaşa yollarına davam edirlər. Ödəniş isə avtomatik icra edilir.

Bunun üçün sadəcə mobil bank tətbiqində (IOS , Android) avtomobilin dövlət qeydiyyat nömrəsini qeyd edib şablon yaratmaq lazımdır.

Ətraflı məlumat üçün çarxı izləyə və ya 194 Məlumat mərkəzinə zəng edə bilərsiniz.

"AzəriKard" Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prossesinq mərkəzidir. Hal-hazırda AzəriKard Azərbaycanda, eləcə də onun hüdudlarından kənarda Beynəlxalq Ödəmə Sistemlərinin üzvü olan 21 banka prosessinq xidməti göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti