Maliyyə Bazarlarına Nəzarət Palatasında banklarla görüş keçirilib

Maliyyə Bazarlarına Nəzarət Palatasında banklarla görüş keçirilib

Bakı. Trend:

15 oktyabr 2019-cu il tarixində ölkə rəhbəri cənab İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib, dövlət başçısı tərəfindən ölkə iqtisadiyyatının müxtəlif istiqamətləri ilə yanaşı, maliyyə bazarlarındakı cari vəziyyət, sektorun effektivliyinin və dayanıqlılığının artırılması baxımından həyata keçirilən islahatlara toxunulub, qarşıdakı dövr üçün konkret hədəflər və vəzifələr müəyyənləşdirilib, tapşırıqlar verilib.

Sözügedən müşavirədə dövlət başçısı tərəfindən maliyyə-bank sektoru ilə əlaqədar verilmiş tapşırıqların icrası məqsədilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının, həmçinin ölkədə fəaliyyət göstərən istehlak yönümlü bankların iştirakı ilə iclas təşkil olunub, fəaliyyət istiqamətləri müzakirə edilib.

Palatadan Trend-ə verilən məlumata görə, iclası giriş sözü ilə açan Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov ötən dövrlərlə müqayisədə bank sektoru üzrə göstəricilərin yaxşılaşmasının müsbət hal olduğunu bildirib. O qeyd edib ki, ölkə rəhbərliyi tərəfindən əsas götürülən iqtisadi kurs zəminində Azərbaycan iqtisadiyyatının davamlı imkişafının təmin edilməsi istiqamətində həyata keçirilən islahatlar, əldə edilən nailiyyətlər beynəlxalq müstəvidə müsbət qiymətləndirilir, islahatların doğurduğu pozitiv trendlər və inkişaf perspektivləri Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və digər aparıcı beynəlxalq maliyyə qurumları tərəfindən dərc olunan hesabatlarda öz əksini tapır. Belə ki, Dünya Bankının son “Doing Business” hesabatında biznes mühitinə görə Azərbaycan dünya ölkələri arasında 25-ci yerdə qərarlaşıb, 20 ən islahatçı ölkə sırasında yer alıb. Bununla yanaşı, qlobal səviyyədə ölkələr üzrə maliyyə bazarlarının analizini həyata keçirən “Moody’s” Beynəlxalq Reytinq Agentliyi son hesabatında Azərbaycanın mövqeyini sabit Ba2 səviyyəsində təsdiqləyib, məqsədyönlü islahatlar nəticəsində maliyyə-bank sektorunda kredit verilməsi əmsalının yüksəlməsi, ehtimal olunan maliyyə risklərinin aşağı salınması və sektorun elastikliyinin artırılması baxımından atılan addımları müsbət qiymətləndirib. Bildirilib ki, oxşar mövqe daha bir nüfuzlu maliyyə təşkilatı olan Fitch Beynəlxalq Reytinq Agentliyi tərəfindən də təsdiqlənib və BB+ reytinqi ilə ölkəmiz Şərqi Avropa və post-Sovet məkanında yerləşən 22 ölkənin dəyərləndirildiyi üçüncü rüb hesabatında Cənubi Qafqaz üzrə birinci yerdə qərarlaşıb.

Buna baxmayaraq, dövlət başçısının müşavirədə səsləndirdiyi haqlı iradına əsasən İ.Alışov istehlak kreditlərinin biznes kreditləri ilə müqayisədə daha çox artdığını, bu faktorun ölkə rəhbərinin də vurğuladığı kimi, bank sektorunda yaxın keşmişdə baş vermiş böhranın əsas səbəblərindən biri olduğunu, bankların real sektordan daha çox istehlak kreditlərinin verilməsinə maraq göstərdiklərini mənfi hal olaraq diqqətə çatdırıb, bu istiqamətdə qəti addımların atılmalı olduğunu vurğulayıb. Görüşdə o da qeyd olunub ki, istehlak kreditləşməsinin aktiv fazaya keçməsi və bu trendin banklar tərəfindən tənzimlənməsinin vacibliyi ilə bağlı ötən il və cari ildə Palatanın təşkilatçılığı ilə banklarla analoji görüşlər keçirilsə də, arzuolunan nəticələrə tam nail olunmayıb.

Daha sonra, iclasda Azərbaycan Banklar Assosiasiyasının və bankların təmsilçiləri çıxış edərək qeyd olunan müşavirədə maliyyə-bank sektoru ilə bağlı cənab Prezidentin qaldırdığı məsələləri və iradları əsas götürərək istehlak kreditləşməsi ilə bağlı məsələnin həlli məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatası ilə əməkdaşlıq fonunda tədbirlərin görülməsinə, həmçinin biznes kreditlərinin artmı məqsədilə real sektorda yetərli tələbin formalaşdırılması üçün aidiyyəti dövlət strukturları ilə birgə əməkdaşlığa hazır olduqlarını bildiriblər.

İclasın yekununda qarşıya qoyulmuş tapşırığın həlli istiqamətində banklarla birgə əməkdaşlıq çərçivəsində prosesin tənzimlənməsi hədəf olaraq qəbul edilib və konkret fəaliyyət istiqamətləri müəyyənləşdirilib. Belə ki, bankların strateji planlarının yenidən gözdən keçirilməsi və qısa müddətdə təkliflərin Palataya təqdim olunması qərara alınıb, biznes kreditlərinin təşviqi məqsədilə banklar tərəfindən kredit yarmarkalarının keçirilməsi məqsədəuyğun hesab edilib. Əlavə olaraq, problemin həlli istiqamətində Palata tərəfindən bir sıra normativ xarakterli aktlara dəyişiklik ediləcəyi və dövlətin iqtisadi blokunu təmsil edən strukturlarla kommunikasiya şəklində məsələyə kompleks yanaşmanın tətbiq ediləcəyi vurğulanıb.

"İnter" son 4 ildə ilk dəfə "Yuventusu" məğlub etdi
"İnter" son 4 ildə ilk dəfə "Yuventusu" məğlub etdi
Türkiyə Super Liqası: "Beşiktaş" "Qalatasaray"ı məğlub etdi
Türkiyə Super Liqası: "Beşiktaş" "Qalatasaray"ı məğlub etdi
Yunan-Roma güləşçilərimiz "Qran-pri"də 8 medal qazandı
Yunan-Roma güləşçilərimiz "Qran-pri"də 8 medal qazandı
Loading Bars
Xəbər lenti
Azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəlikləri təsis edilir - Fərman
Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibini videoformatda qəbul edib (FOTO)
Aİ ölkələrində yeni avtomobil satışı rekord həddə azalıb
Ermənilərin meşə fonduna, təbii sərvətlərə vurduğu ziyan hesablanır - Nazir müavini (FOTO/VİDEO)
Azərbaycanda yeni qızıl-mis yatağı kəşf edilib
Türkiyə Azərbaycanla Preferensial ticarət sazişini ratifikasiya edib
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq etdi
Azərbaycan əhalisi benzinə və dizelə 2 milyard manatdan artıq vəsait xərcləyib
COVİD-19-a qarşı vaksin bu şəxslərə vurulmaya bilər - RƏSMİ
Artıq 14 nəfər peyvənd olunub, vəziyyətləri yaxşıdır - Baş həkim
Sabahın hava proqnozu açıqlanıb
Qaxa 35 santimetr qar yağıb (FOTO)
Füzuli rayonunun Şəkərcik kəndi (FOTO/VİDEO)
Şuşada 2 su mənbəyi bərpa olunub, təminatın yaxşılaşdırılması üçün su maşını ayrılıb - Azərsu (ÖZƏL)
Ermənistanda Koçaryanın məhkəməsi bərpa olunub - Etiraz aksiyası keçirilir
Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının görəcəyi işlər - SİYAHI
Qida məhsullarının müştərilərə çatdırılması xidməti necə həyata keçirilməlidir?
Azərbaycanda qızıl ucuzlaşıb
Qarabağ Dirçəliş Fondunun fəaliyyət istiqamətləri müəyyənləşib
Koronavirusdan sağalanlar da maskadan istifadə etməlidir - Səhiyyə Nazirliyi
İkinci mərhələdə koronavirusa qarşı peyvənd kimlərə vurulacaq?
Rusiyada son sutkada 586 nəfər koronavirusdan ölüb
Bank məlumatlarınızı bu saytlara daxil etməyin - Nazirlikdən xəbərdarlıq (FOTO)
Yapon şirkətləri azad edilmiş ərazilərdə elektroenergetika üzrə bərpa işlərində maraqlıdır - Səfir (FOTO)
2020-ci ildə Rusiya "SOCAR Polymer"in ən iri idxalatçısı olub
Zəfər muzeyinin konsepsiyasının hazırlanması üzrə bir sıra işlərə başlanılıb - Nazirlik
Gədəbəydə əmisini öldürən şəxsin işi məhkəməyə göndərildi
Azərbaycanın bank sektorunda kifayət qədər pul var - Vüsal Qasımlı
Qarabağ Dirçəliş Fondunun strukturu təsdiqləndi, nizamnamə fondu isə 1 milyon manatdır
Polietilen torbaların, birdəfəlik plastik qabların idxalına qadağa qoyuldu - DGK
2778 şəhidin 6790 ailə üzvünə pensiya, müavinət və təqaüd təyinatı aparılıb
Kəlbəcər mənim üçün Azərbaycan, xatirələrdə canlandırılan Vətən torpağıdır - BANM-in Prezident təqaüdçüsü
Bu günədək tərxis edilmiş şəxslərlə bağlı komissiya 570 müraciəti yerində həll edib (FOTO)
Əksər rayonlarda yağış, qar yağıb
Mövcud dəlillər Paşinyanın həbsi üçün kifayət edir - Ermənistanın baş prokuroru
Azərbaycan nefti bahalaşıb
Bir gündə cinayət törədən 39 nəfər saxlanılıb
Xaricə səfər üçün peyvəndlə bağlı sənəd tələb ediləcək? - TƏBİB açıqladı
Cəlilabadda avtomobildən 32 kiloqramdan artıq narkotik aşkarlanıb
Azərbaycan Qarabağda yaşıl enerji zonalarının yaradılması üçün beynəlxalq şirkətlərlə əməkdaşlıq edəcək - Nazir (FOTO)
Azərbaycan Prezidenti indoneziyalı həmkarına başsağlığı verib
MEDİA-nın həlli mümkün problemləri - TƏHLİL
Koronavirusa yoluxan şəxslər peyvənd ediləcəkmi? - TƏBİB-dən açıqlama (ÖZƏL)
İsmayıllı sakinindən narkotik vasitə götürüldü
Ötən il sosial şəbəkələrdə narkotik satanlardan 131 kiloqrama yaxın heroin aşkarlanıb
AAYDA hava şəraiti ilə bağlı gücləndirilmiş rejimə keçdi, 800 ton qum-duz yığıldı
Şabranda idarə rəisi cərimələnib (FOTO/VİDEO)
Daha iki şəhid ailəsinə təqaüd kartları təqdim edilib (FOTO)
Ötən il icbari tibbi sığorta çərçivəsində 1252 ürək və damar cərrahiyyəsi aparılıb
Polisdən hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Kapital Bank artıq Qubadlıda!
Yaponiyada qar təmizləyərkən 60 nəfər həlak olub
İlin əvvəlindən Ceyhan terminalından 8,6 milyon barelə yaxın AÇG nefti yola salınıb
Prezident İlham Əliyevin hakimiyyətə gəldiyi ilk gündən Qarabağın azad olunması vazkeçilməz hədəfə çevrilmişdi - Elçin Mirzəbəyli
Hirkan Milli Parkında yanğın söndürülüb
Bakıda qarlı havaya görə 50-dən çox texnika hazır vəziyyətə gətirildi (FOTO)
Koronavirusun qarşısını yalnız peyvəndlə almaq mümkündür - Deputat
Xaçmaz KOB evində sahibkarlara 20 mindən çox xidmət göstərilib (FOTO)
Azərbaycanla İran arasında yeni avtomobil körpüsü tikiləcək
Goranboyda 2 polis əməkdaşı döyüldü
Qaz sızmaları aradan qaldırılır
Azərbaycan 2020-ci ildə 13 milyard dollardan çox məhsul ixrac edib
AMEA-ya ayrılan vəsaitlər artırılsa da, akademiya özü qazanc əldə etməyib - Akademik-katib
Bərpa olunan enerji hərracları xarici investisiyaların ölkəyə cəlb olunmasına kömək edəcək - Agentlik (MÜSAHİBƏ)
AMEA institutlarında yeni rəhbər vəzifələr yaradılıb
Yanvarın 19-da xarici valyutaların manata qarşı məzənnələri
Prezidentin Üzeyir, Natəvan və Bülbülün heykəllərini Şuşaya qaytarması tarixi hadisədir - Büstlərin müəllifləri (FOTO)
“Azernews” dünyanın aparıcı qəzetləri arasında: Yeni bir uğur (FOTO)
20 Yanvar faciəsi Kolumbiya mətbuatında
Tramp əksər Avropa ölkələri və Braziliyadan ABŞ-a giriş məhdudiyyətlərini ləğv etdi
Mərakeşdə ilk dəfə koronavirusun "Britaniya" ştammına yoluxma faktı qeydə alınıb
İraqın mərkəzinə hava zərbələri endirilib
Sudanda 120-dən çox insan millətlərarası qarşıdurmanın qurbanı oldu
Əlcəzair və Mərakeş ərazisindəki səhrada qar yağıb
İtaliya parlamentinin aşağı palatası Konte hökumətinə etimad göstərib
Bakıda köşk yanıb
İsveçrədə xizək kurortunda uçqun olub, 10 nəfər qarın altında qalıb
Türkiyədə son sutkada koronavirusdan 7 905 nəfər sağalıb
Qarabağı Prezident İlham Əliyevin yetişdiriyi gənclər azad etdi - 17 ilin nəticəsi
Teledərslərin yanvarın 19-na olan cədvəli açıqlanıb
Bakıda mənzildən qadın meyiti tapılıb
Mədəniyyət Nazirliyi “Müqəddəs alman Lüteran kilsəsi” haqda videoçarx hazırlayıb (VİDEO)
Azərbaycanın pilotsuz uçuş aparatları müasir müharibələrin strategiyasını dəyişdi - İsrailli ekspert
Disneyland Paris yenidən açılmasını 2 aprelə qədər təxirə saldı
TƏBİB-in sədri əhalini bu qurumun adından yayılan yalan məlumatlara inanmamağa çağırıb
COVİD-ə qarşı vaksin vurulan zaman hansı əlavə təsirlərin yarana biləcəyi açıqlandı
Ölkəmizdə istifadə edilən vaksin COVİD-19-un yeni ştammı üçün də təsirlidir - Ramin Bayramlı
Dənizdə dalğanın hündürlüyü 2,8 mətrə çatıb, güclü külək əsir - Faktiki Hava
Bakı sakini mənzildə halsız vəziyyətdə aşkar edilib
Qeyri neft-qaz məhsullarının ixracı azalıb
Yeni türk və qırğız kanalları “Azerspace-1” peyki üzərindən yayıma başladı
Azərbaycan əhalisi pullarını hansı məhsullara xərcləyib?
Azərbaycanda təbii qaz hasilatı artıb
Ceyhun Bayramov Türk Şurası, TÜRKSOY və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbərlərinin təmsil olunduğu nümayəndə heyəti ilə görüşüb
Ötən il Azərbaycanda 34 milyon tondan çox neft hasil olunub
Pandemiya səbəbindən sərnişin daşınmasında azalma olub - Bakı Limanı
Xırdalanda qanunsuz tikinti-quraşdırma işlərinin qarşısı alınıb (FOTO)
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
Ötən il 254 kriminal qrup zərərsizləşdirilib, 2 tona yaxın narkotik vasitə dövriyyədən çıxarılıb - DİN
Ölkədə bu cinayətlər azalıb - RƏSMİ
Bütün xəbərlər