• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
Day.Az Milli.Az
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Daxil ol
  • Qeydiyyatdan keç
  • Əsas səhifə
  • İqtisadiyyat

Qadın sahibkarlığının inkişaf etdirilməsi qarşıda duran prioritet məsələlərdəndir - KOBİA İdarə Heyətinin sədri

18 Noyabr 2019 13:02 (UTC+04:00)
  • 0
  • 0

Bakı. Elçin Mehdiyev – Trend:

Sahibkarlıq, xüsusilə kiçik və orta biznes həmişə olduğu kimi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların hazırkı mərhələsinin mərkəzində dayanır.

Trend-in məlumatına görə, bunu "Üfüqdə yeni fürsətlər: Qadın sahibkarlara yaşıl işıq" forumunda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

O.Məmmədov bildirib ki, ölkəmizdə sahibkarlığın inkişafına əsaslanan, diversifikasiya olunmuş, rəqabətqabiliyyətli və dayanıqlı iqtisadi artımı təmin edən milli iqtisadiyyatın formalaşdırılmasına nail olmaq dövlət siyasətinin başlıca hədəflərindədir:

“Son illər ölkədə aparılan uğurlu iqtisadi islahatlar nəticəsində bu sahədə bir sıra əhəmiyyətli nailiyyətlər əldə olunub, biznes və investisiya mühiti daha da yaxşılaşdırılıb, sahibkarlar, o cümlədən qadın sahibkarlığı cəmiyyətimizin aparıcı qüvvəsinə çevrilib. Ölkəmizdə qadınların iqtisadi təşəbbüskarlığının artırılması sosial-iqtisadi inkişafın, o cümlədən məşğulluğun təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Sevindirici haldır ki, artıq qadınlarımız ölkəmizdə sahibkarlığın inkişafında mühüm rol oynayır və biznes fəaliyyəti ilə fəal şəkildə məşğul olurlar”.

KOBİA İdarə Heyətinin sədri vurğulayıb ki, qadın sahibkarlığının inkişaf etdirilməsi də Agentliyin qarşısında duran prioritet məsələlərdəndir: “Agentlik tərəfindən qadın sahibkarlığının təşviq edilməsi, kiçik və orta sahibkarlar arasında qadınların sayının daha da artırılması və bu məqsədlə də müvafiq mexanizmlərin yaradılması istiqamətində zəruri tədbirlər həyata keçirilir. Bununla yanaşı, qadın sahibkarlara informasiya dəstəyi vermək üçün qadınların sahibkarlıqla bağlı zəruri olan məlumatlara əlçatanlılığının təmin edilməsi məqsədilə Agentliyin internet səhifəsində xüsusi bölmə yaradılıb və müntəzəm olaraq qadın sahibkarlar ilə bağlı məlumatlar bu səhifədə öz əksini tapır. Xalq yaradıcılığı sahələri ilə bağlı kreativ sənaye biznesi nisbətən yeni sahə olsa da, dünyada artıq bir sektor kimi formalaşıb. Bir sıra ölkələrdə, hətta Ümümi Daxili Məhsulda və ixracda əhəmiyyətli paya malik olub. Xüsusilə Böyük Britaniya, Cənubi Koreya, Çin, Türkiyənin bu sahədə uzunmüddətli inkişaf yolu mühüm uğurlarla müşayət edilməkdədir. Digər sahələrlə yanaşı, ölkəmizdə kreativ sənayenin yaranması və inkişafı istiqamətində irəliləyişlər hiss edilməkdədir. İncəsənət sahələri ilə bağlı biznes fəaliyyətlərinin sənaye halına gətirilməsi isə bir sıra məsələləri aktual edir. İlk addım kimi kreativ sənayenin inkişaf potensialına dair araşdırmanın aparılmasını zəruri hesab edirik. Müqayisəli üstünlük əsasında aparılacaq bu araşdırma ölkəmizin bu sahədə rəqabətqabiliyyətlilik seqmentlərinin müəyyən edilməsinə və gələcəkdə dəstək tədbirlərinin ünvanlılığının və bu əsasda səmərəliliyinin təmin edilməsinə şərait yaradacaq. Qeyd olunan araşdırma sənədi, eyni zamanda bu sahədə ölkəmizin hədəflərinin müəyyən edilməsi üçün baza rolunu oynayacaq.

Digər bir mühüm məsələ bu sahənin əhatəli statistikasının olmaması ilə bağlıdır. Bu çatışmazlıq sahənin mövcud vəziyyətinin və inkişaf trendlərinin müəyyən edilməsində çərinlik yaradır.

Bu biznes də ölkədə sahibkarlığın inkişafına yönəlmiş təşkilati-iqtisadi modellər və çoxsaylı dəstək tədbirlərindən faydalana bilər. Təbii ki, sahənin özünəməxsus cəhətləri, spesifik dəstək və tənzimləmə alətləri tələb edə bilər. Agentlik olaraq fəaliyyətimizi dövlət qurumları və sahibkarlarla sıx əməkdaşlıq şəraitində, dövlət-sahibkar dialoqu şəraitində qurmağa çalışırıq. Bu baxımdan maraqlı tərəflərin iştirakı ilə bu sahənin inkişafı ilə bağlı məsələlərin də müzakirəsini diqqət mərkəzində saxlayacağıq”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Məqalədə:
  • Kiçik və Orta Biznesin İnkişafı Agentliyi
  • Orxan Məmmədov
Digər xəbərlər
Biznes inkubatorlara iştirakçıların seçilməsinə başlanılıb
İqtisadiyyat 13 Dekabr 14:55
Azərbaycanın investisiya imkanları Səudiyyə Ərəbistanında təqdim olunub (FOTO)
İqtisadiyyat 13 Dekabr 13:21
KOBİA və "Gənc Sahibkarlar Şəbəkəsi" İctimai Birliyi arasında anlaşma memorandumu imzalanıb
Biznes və iqtisadiyyat xəbərləri 10 Dekabr 14:00
I Gənc Sahibkarlar Forumu keçirilib (FOTO)
İqtisadiyyat 10 Dekabr 13:55
KOBİA və Gənclər Fondu arasında anlaşma memorandumu imzalanıb
Biznes və iqtisadiyyat xəbərləri 10 Dekabr 13:05
Azərbaycanda gənc sahibkarlar üçün vergi güzəştlərinin tətbiqi gözlənilir
Biznes və iqtisadiyyat xəbərləri 10 Dekabr 12:42
Xəbər lenti
Morales Argentinada Boliviyanın sərhədi yaxınlığında yaşayacaq
Dünya xəbərləri 08:05
Humanitar təşkilatın 4 üzvü öldürülüb
Dünya xəbərləri 07:21
Tramp: ABŞ-ın Kosmik Qüvvələri hücum xarakteri daşıyacaq
Dünya xəbərləri 06:23
2019-cu ildə 70-dən artıq KİV əməkdaşı öldürülüb
Gündəm 05:29
Tarmenxan Babayev Avropa birinciliyində bürünc medal qazanıb (FOTO)
İdman 04:55
ABŞ-da Trampın digər liderlərlə söhbətlərini dinləyənlərin sayı azaldılıb
Dünya xəbərləri 04:27
“Azərbaycan inciləri”, “Gəncə - Nizami yurdu” və “Qədim və gözəl Qarabağ” kitablarının təqdimatı olacaq
Mədəniyyət 03:49
Narkoloji dispanserdə yanğın olub, ölən və yaralananlar var
Hadisə 03:15
Aktyor Denni Ayello vəfat edib
Dünya xəbərləri 02:31
Ən çox oxunanlar
Yeni il bayramında orta məktəblərdə neçə gün tətil olacaq? - Nazir müavinindən AÇIQLAMA
Yeni il bayramında orta məktəblərdə neçə gün tətil olacaq? - Nazir müavinindən AÇIQLAMA
Rəfael Dadaşov yaxın günlərdə evə buraxılacaq
YAP 126 nəfər səlahiyyətli nümayəndənin adını MSK-ya təqdim edib
Nəzər nöqtəsi
Türkiyəli diplomat: ABŞ Senatının qondarma “erməni soyqırımı” ilə bağlı qətnaməsi hüquqi aspektdən məhrumdur

Türkiyəli diplomat: ABŞ Senatının qondarma “erməni soyqırımı” ilə bağlı qətnaməsi hüquqi aspektdən məhrumdur

Seçkilərdə iştirak etmək potensialı olmadığı üçün "Milli Şura" çirkin yollara əl atır - Deputat
"Real"la Azər Qasımlının eyni dairə qalmaqalı: müxalif cəbhədə sular indidən bulanır
Azernews Newspaper
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Xəbər terminalı
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2019 Trend News Agency
İstifadə şərtləri