...

Zurabişvili: Gürcüstanla Azərbaycan arasında liman sahəsindəki sıx münasibətlər iki ölkənin gələcək inkişafı üçün imkanlar yaradır

İqtisadiyyat Materials 28 Yanvar 2020 18:04 (UTC +04:00)
Gürcüstanla Azərbaycan arasında liman sahəsindəki sıx münasibətlər iki ölkənin gələcək inkişafı üçün imkanlar yaradır
Zurabişvili: Gürcüstanla Azərbaycan arasında liman sahəsindəki sıx münasibətlər iki ölkənin gələcək inkişafı üçün imkanlar yaradır

Bakı. Tamilla Məmmədova - Trend:

Gürcüstanla Azərbaycan arasında liman sahəsindəki sıx münasibətlər iki ölkənin gələcək inkişafı üçün imkanlar yaradır.

Trend-in məlumatına görə, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyasında deyib.

Onun sözlərinə görə, bu gün Avropa İttifaqı nəqliyyat və kommunikasiya sahələrində vacib layihələr həyata keçirir və Gürcüstanla Azərbaycan üçün nəqliyyat arteriyalarının işini təmin edəcək nəqliyyat infrastrukturunun inkişafı prioritet məsələdir:

“Bu arteriyalar sırasına Avropa-Qafqaz-Asiya (TRACECA) beynəlxalq nəqliyyat dəhlizi, qaz kəmərləri daxildir. Onların böyük potensialı var və mən hesab edirəm ki, bu potensialdan maksimum istifadə etmək lazımdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti