...

Azərbaycanda kompüter istehsalı iki dəfə artıb

İqtisadiyyat Materials 18 Fevral 2020 11:24 (UTC +04:00)
2020-ci ilin yanvar ayında Azərbaycanda kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 10,1 milyon manatlıq məhsul istehsal olunub.
Azərbaycanda kompüter istehsalı iki dəfə artıb

Bakı. Elçin Mehdiyev - Trend:

2020-ci ilin yanvar ayında Azərbaycanda kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 10,1 milyon manatlıq məhsul istehsal olunub.

Trend-in məlumatına görə, əvvəlki ilin yanvar ayı ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 2,2 dəfə artıb.

Ay ərzində əvvəlki ilin yanvar ayı ilə müqayisədə avtomatik tənzimləmə və idarəetmə üçün cihaz və aparatların istehsalı 3,2 dəfə, 1000 V-dək gərginlik üçün hesablanmış elektrik cərəyanı naqilləri isə 2,0 dəfə artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti