...

Türkiyədən Azərbaycana tekstil xammalı ixracı artıb

İqtisadiyyat Materials 28 Fevral 2020 14:51 (UTC +04:00)
2020-ci ilin yanvarında Türkiyədən Azərbaycana tekstil xammalı ixracı artıb
Türkiyədən Azərbaycana tekstil xammalı ixracı artıb

Bakı. Rufiz Hafizoğlu - Trend:

2020-ci ilin yanvarında Türkiyədən Azərbaycana tekstil xammalı ixracı artıb.

Bu barəd Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ötən ay Türkiyədən Azərbaycana 2,466 milyon dollar məbləğində tekstil xammalı ixrac edilib ki, bu da 2019-cu ilin yanvarı ilə müqayisədə 65,6 faiz çoxdur.

Hesabat dövründə Türkiyə dünya bazarına 673,702 milyon dollar məbləğində tekstil xammalı ixrac edib. Bu göstərici 2019-cu ilin yanvarı ilə müqayisədə 0,28 faiz azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti