...

İrandan Azərbaycana məhsul ixracı üçün fərqli metod yaradılıb

İqtisadiyyat Materials 5 Mart 2020 13:38 (UTC +04:00)
İrandan Azərbaycana məhsul ixracı üçün fərqli metod yaradılıb.
İrandan Azərbaycana məhsul ixracı üçün fərqli metod yaradılıb

Bakı. Elnur Bağışov - Trend:

İrandan Azərbaycana məhsul ixracı üçün fərqli metod yaradılıb.

Bunu İranın Gömrük Administrasiyasının sözçüsü Ruhulla Lətifi deyib. Bu barədə Trend İranın Gömrük Administrasiyasına istinadən məlumat verib.

R.Lətifinin sözlərinə görə, İran yük maşınları Azərbaycana daxil olmadan gömrük ərazisində yükləri Azərbaycanın yük maşınlarına təhvil verə bilərlər.

Lətifi əlavə edib ki, yüklər Azərbaycana məxsus yük maşınlarına yükləndikdən sonra İran yük maşınları geri qayıdacaqlar.

Gömrük rəsmisi bildirib ki, Rusiya istiqamətində İranın məhsullarını aparan yük maşınları isə Azərbaycan ərazisindən keçə biləcəklər.

Qeyd edək ki, İranda yeni koronavirusun yayılması ilə qonşu ölkələr İranla sərhədlərdə məhdudiyyətlər tətbiq ediblər. İranda 2922 nəfərin yeni koronavirusa yoluxması və 92 nəfərin bu virus nəticəsində ölməsi təsdiqlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti