Bakı. Elçin Mehdiyev – Trend:
Bakıda ötən ay ərzində kirayə mənzillərin və ticarət obyektlərinin icarə qiyməti aşağı düşüb.
Bu barədə Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.
Ekspert qeyd edib ki, koronavirus pandemiyası səbəbindən daşınmaz əmlak bazarında fəallıq demək olar ki, dayanıb.
Onun sözlərinə görə, mart ayı ərzində kirayə mənzil bazarında qiymətlər 6.2 faiz aşağı düşüb.
N.İbrahimov vurğulayıb ki, ticarət obyektlərinin icarəsi bazarında isə qiymətlər 3.66 faiz azalıb.
Ekspert vurğulayıb ki, ümumilikdə isə ötən ay ərzində daşınmaz əmlak bazarında 2.6 faiz azalma olub.