...

Azərbaycan nefti kəskin ucuzlaşdı

İqtisadiyyat Materials 22 Aprel 2020 13:23 (UTC +04:00)

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 22-də 15,81 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 5,49 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 14,25 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 5,81 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 14,23 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 4,18 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 13,24 dollar/barel olub. Bu da əvvəlki göstəricidən 5,86 dollar/barel azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti