...

Bakı metrosunun "B3" stansiyası ilin sonuna qədər istifadəyə veriləcək

İqtisadiyyat Materials 8 May 2020 17:40 (UTC +04:00)
Bakı metrosunun "B3" stansiyası ilin sonuna qədər istifadəyə veriləcək

Bakı. Samir Əli - Trend:

Əgər hansısa problem olmazsa, ilin sonuna qədər Bakı metropoliteninin "B3" stansiyası təhvil veriləcək.

Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynov bildirib.

Sədr qeyd edib ki, pandemiya dövrü olmasına baxmayaraq, Bakı Metropoliteni tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçiriləcək:

"Metro stansiyalarının tikintisi də daxil olmaqla zəruri təmir-tikinti işləri davam etdiriləcək. Əgər hansısa problem olmazsa, ilin sonuna qədər "B3" stansiyası da təhvil veriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti