...

Bu il özünüməşğulluq proqramına cəlb edilənlərin sayı 3500-ə çatıb

İqtisadiyyat Materials 25 İyun 2020 17:48 (UTC +04:00)
Bu il özünüməşğulluq proqramına cəlb edilənlərin sayı  3500-ə çatıb

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən özünüməşğulluq proqramına cəlb edilənlərin sayı 3500-ə çatıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, nlardan bir hissəsi artıq təlimlərdə iştirak edib və Xidmət tərəfindən özünüməşğulluq proqramına cəlb edilən digərləri üçün təlimlərin keçirilməsi davam etdirilir.

Hazırda xüsusi karantin rejimi tətbiq edilməyən rayonlarda ümumilikdə 800-dək iştirakçı təlimlərdə iştirak edir. Təlimlər “Vətəndaş qəbulu həyata keçirən qurumlarda koronavirus (COVİD-19) infeksiyasının profilaktikasına dair” metodiki göstərişlərə uyğun şəkildə, 10 nəfərdən ibarət qruplar halında təşkil edilir.

Təlimlər zamanı biznes-plan qurmaq, kiçik biznesin təşkili və inkişaf etdirilməsi üzrə bilik və bacarıqlar öyrədilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti