...

Bu yollarda hərəkət qismən məhdudlaşdırılır

İqtisadiyyat Materials 10 İyul 2020 16:22 (UTC +04:00)
Bu yollarda hərəkət qismən məhdudlaşdırılır

Bakı. Samir Əli - Trend:

Aparılan təmir işləri ilə əlaqədar olaraq 11-12 iyul tarixlərində Ziya Bünyadov prospektinin “20 yanvar” istiqamətindən “3-cü mikrorayon” dairəsi üzərində yerləşən yol ötürücüsünə giriş həmçinin Əbdulvahab Salamzadə küçəsindən “Xutor” dairəsi adlanan ərazidə yerləşən tunelə giriş müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, alternativ olaraq sürücülər Ziya Bünyadov prospektinin o cümlədən Əbdulvahab Salamzadə küçəsinin köməkçi yollarından, həmçinin Asif Məhərrəmov, Ceyhun Səlimov küçələrindən istifadə edə bilərlər.

Qurum yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti