...

Cənubi Koreyada internet satışlar rekord həddə çatıb

İqtisadiyyat Materials 4 Sentyabr 2020 08:29 (UTC +04:00)
Cənubi Koreyada internet satışlar rekord həddə çatıb

Bakı. Trend:

Koreya Respublikasında onlayn ticarət həcmi iyul ayında rekord həddə yüksəlib.

Trend-in məlumatına görə, bu barədə ölkənin Milli Statistika İdarəsi xəbər verib.

Bildirilir ki, sözügedən rəqəm 12,9 trilyon von (10,8 milyard dollar) təşkil edib.

Bu, keçən ilin eyni dövrü ilə müqayisədə 15,8 faiz çoxdur. Qida və ev əşyaları satışında əhəmiyyətli artım olub. Xüsusilə internet vasitəsilə qida məhsullarının satışı 51,1, ev əşyalarının satışı 47,7, hazır qida məhsulların satışı isə 66,3 faiz artıb.

Cənubi Koreyalı mütəxəssislər bunu pisləşən epidemioloji vəziyyət və sosial məsafələndirmə rejiminin tətbiqi ilə əlaqələndirirlər.

Mobil platformalar vasitəsi ilə həyata keçirilən ticarət əməliyyatlarının həcmi 21,2 faiz artaraq 7,3 milyard dollara çatıb ki, bu da 2013-cü ildən indiyədək ən yüksək göstəricidir. Bu sektorun onlayn ticarətdəki payı 3.1 artaraq 67.8 faiz təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti