...

Bakı metrosunda Bənövşəyi xəttin üçüncü stansiyasının inşası yekunlaşmaq üzrədir

İqtisadiyyat Materials 7 Noyabr 2020 11:18 (UTC +04:00)
Bakı metrosunda Bənövşəyi xəttin üçüncü stansiyasının inşası yekunlaşmaq üzrədir

Bakı. Trend:

Hazırda şərti adı “B-3” olan Bənövşəyi xəttin üçüncü stansiyasının inşası yekunlaşmaq üzrədir.

Trend xəbər verir ki, bu barədə Bakı Metropoliteninin məlumatında deyilir.

Qeyd edilir ki, 2016-cı ildə müstəqillik tarixinin ilk xətti – Bənövşəyi xətt inşa olunmaqla, onun iki stansiyası “Avtovağzal” və “Memar Əcəmi” istismara verildi və xətlərin uzunluğu 36,6 km-ə çatdırıldı. Yeni xəttin stansiyaları 7 vaqonluq hərəkət tərkibləri üçün nəzərdə tutulub və gələcəkdə bütün stansiyalar da məhz bu prinsiplərə və ən yeni texnoloji standartlara uyğun tikiləcək. Hazırda şərti adı “B-3” olan Bənövşəyi xəttin üçüncü stansiyasının inşası yekunlaşmaq üzrədir. Burada infrastrukturun qurulması ilə bağlı əsas işlər, təbii ki, “COVID-19” virusu ilə bağlı bütün tədbirlərə ən ciddi şəkildə əməl olunmaqla, davam etdirilir.

Məlumata əsasən, post-sovet məkanında metropolitenlə bağlı ən müasir texnoloji yeniliklər ilk dəfə Bakı metropolitenində həyata keçirilir. Bənövşəyi xətdə infrastruktur, hərəkətin təşkili, idarəetmə sistemlərində innovasiyalar məhz buradan başlanır. Fransanın “Thales” şirkəti tərəfindən Bənövşəyi xətdə SCADA şəbəkəsi qurulur, gələcəkdə qatarların hərəkəti radiokanal idarəetməsi prinsipinə söykənən CBTC sistemləri ilə təmin olunacaq və bu istiqamətdə texnoloji proseslərin ardıcıllığına uyğun ilk addımlar indidən atılır. Burada, həmçinin simsiz telefoniyanın birləşdirilməsinə imkan verən TETRA sistemi tətbiq edilir.

.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti