...

FAO ilə AQTA arasında növbəti işgüzar görüş keçirilib (FOTO)

İqtisadiyyat Materials 3 Dekabr 2020 15:31 (UTC +04:00)

Bakı. Trend:

Dekabrın 2-də Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında əməkdaşlığa və hazırda birgə həyata keçirilən layihələrin icra vəziyyətinə həsr olunmuş görüş keçirilib.

Agentlikdən Trend-ə bildirilib ki, AQTA-nın sədr müavini Zəkiyyə Mustafayeva və FAO-nun Azərbaycandakı tərəfdaşlıq və koordinasiya ofisinin rəhbəri Mələk Çakmakın iştirakı ilə keçirilən görüşdə əməkdaşlığın hazırki vəziyyəti və gələcək perspektivinə dair fikir mübadiləsi aparılıb.

AQTA sədrinin müavini Z. Mustafayeva FAO ilə əməkdaşlığın qazandırdığı nailiyyətlərdən bəhs edib, gələcəkdə həyata keçiriləcək layihələrlə bağlı bir sıra təkliflər edib və heyvan xəstəliyi ilə bağlı layihənin ərsəyə gəlməsində ölkədə fəaliyyət göstərən digər beynəlxalq təşkilatların və xarici ölkələrin də iştirakının vacibliyini vurğulayıb.

M. Çakmak birgə həyata keçirilən layihələrin əhəmiyyətini qeyd edərək, etibarlı tərəfdaş kimi AQTA ilə əlaqələrin daha da genişləndirilməsində maraqlı olduqlarını ifadə edib. O, FAO-nun tərəfdaş ölkələri arasında Azərbaycanın lider ölkə kimi, sağlam qidalanma, qida təhlükəsizliyi və heyvan xəstəliyi ilə bağlı məsələlərə xüsusi diqqət yetirdiyini vurğulayıb, gələcəkdə bu sahələrdə reallaşdırılacaq layihələr və onların maliyyələşdirilməsi ilə bağlı keçiriləcək görüşlərdə Avropa İttifaqının da iştirak edəcəyini bildirib.

Bundan başqa, görüşdə AQTA tərəfindən layihələrin reallaşdırılması ilə bağlı işçi qrupların yaradılması, il ərzində hansı addımların atıldığı, görülmüş işlərin nəticələri barədə rüblük görüşlərin keçirilməsi təklifi irəli sürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti