...

Hesablama Palatasının gələn il üçün xərclər smetası təsdiq edilib

İqtisadiyyat Materials 29 Dekabr 2020 11:53 (UTC +04:00)
Hesablama Palatasının gələn il üçün xərclər smetası təsdiq edilib

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan Hesablama Palatasının gələn il üçün xərclər smetası 9.1 milyon manat məbləğində nəzərdə tutulur.

Trend-in məlumatına görə, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov parlamentin bu gün keçirilən iclasında deyib.

O bildirib ki, bu vəsaitin 92.2 faizi əmək haqqının ödəniməsi üçün nəzərdə tutulur.

Hesablama Palatasının xərclər smetası səsverməyə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti