Bakı. Trend:
2021-ci ilin yanvar-fevral aylarında Türkiyənin türkdilli ölkələrə ixracı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 26,4 faiz artaraq 1,003 milyard dollar təşkil edib.
Bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
Statistikaya əsasən, Türkiyənin 2021-ci ilin yanvar-fevral ayları üzrə ümumi ixracında türkdilli ölkələrin payı 3,2 faizə bərabər olub.
Fevral ayında Türkiyənin türkdilli ölkələrə ixracı 2020-ci ilin fevralı ilə müqayisədə 24,8 faiz artaraq 533,991 milyon dollara bərabər olub.
Hesabat dövründə Türkiyənin türkdilli ölkələrdən idxalı 2019-cu ilin yanvar-fevral ayları ilə müqayisədə 26,7 faiz artaraq 671,242 milyon dollar təşkil edib.
Türkiyənin 2020-ci ilin yanvar-fevral ayları üzrə ümumi idxalında türkdilli ölkələrin payı 1,8 faizə bərabər olub.
Fevral ayında Türkiyənin türkdilli ölkələrdən idxalı 2020-ci ilin fevralı ilə müqayisədə 67,9 faiz artaraq 381,334 milyon dollara bərabər olub.
Qeyd edək ki, 2021-ci ilin fevralında Türkiyənin xarici ticarət dövriyyəsi 36,208 milyard dollar təşkil edib.
(Tərcümə: Orxan Nəbiyev)