...

Azərbaycanın Türkiyədən kimyəvi məhsul idxalı 30 faiz artıb

İqtisadiyyat Materials 16 May 2021 20:22 (UTC +04:00)
Azərbaycanın Türkiyədən kimyəvi məhsul idxalı 30 faiz artıb

Bakı. Trend:

2021-ci ilin yanvar-aprel aylarında Türkiyədən Azərbaycana kimyəvi məhsulların ixracı 2021-ci ilin anoloji dövrü ilə müqayisədə 30,1 faiz artaraq 154,384 milyon dollar təşkil edib.

Bu barədə Trend-ə Türkiyənin Ticarət Nazirliyindən məlumat veriblər.

2021-ci ilin aprelində Türkiyədən Azərbaycana kimyəvi məhsulların ixracı 2020-ci ilin apreli ilə müqayisədə 29,3 faiz artaraq 45,911 milyon dollar təşkil edib.

2021-ci ilin yanvar-aprel aylarında Türkiyədən dünya bazarlarına kimyəvi məhsulların ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 25,8 faiz artaraq 7,466 milyard dollar olub.

Son 12 ay ərzində (2020-ci il aprel - 2021-ci il aprel) Türkiyənin kimyəvi məhsullar ixracı 19,789 milyard dollar təşkil edib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti