Bakı. Trend:
Rusiya iyunun 10-dan Azərbaycana müntəzəm uçuşların sayını artırır.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın koronavirusla mübarizə üzrə operativ qərargahından bildiriblər.
Məlumata əsasən, Rusiya həmçinin Yunanıstana, Ermənistana, Qətərə, Özbəkistana, Tacikistana, Misirə və Serbiyaya da həftəlik müntəzəm uçuşların sayını artırır.
Bundan əlavə, iyunun 10-dan Avstriya, Macarıstan, Livan, Lüksemburq, Mavriki, Mərakeş, Xorvatiya və Albaniya ilə müntəzəm beynəlxalq uçuşları bərpa edilir.