Bakı. Çingiz Səfərli - Trend:
2021-ci ilin iyul ayında 1432 nəfərə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub.
Trend xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib.
Qeyd edək ki, son üç ildə sosial ödənişlər 2,4 milyard manat və ya 60% artaraq 6,4 milyard manata çatıb, DSMF-yə büdcədən transfert 40%-dən 25%-ə enib.