...

Azərbaycandan Aİ-yə ixrac edilən fındıqda kiflənmə ilə bağlı heç bir bildiriş gəlməyib - AQTA

İqtisadiyyat Materials 1 Sentyabr 2021 11:56 (UTC +04:00)
Azərbaycandan Aİ-yə ixrac edilən fındıqda kiflənmə ilə bağlı heç bir bildiriş gəlməyib - AQTA

Bakı. Çingiz Səfərli - Trend:

Ötən il Azərbaycandan Avropa İttifaqına ixrac edilən fındıq məhsullarında aflatoksin (kiflənmə) aşkar edilməsi ilə bağlı ölkəmizə heç bir bildiriş daxil olmayıb.

Trend-in məlumatına görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib.

O bildirib ki, 2017-ci ildə ölkəmizdən ixrac edilən fındıq məhsullarında aflatoksin aşkar edilməsi ilə bağlı 17, 2018-ci ildə 16, 2019-cu ildə 10 bildiriş daxil olub.

"2020-ci ildə bununla bağlı ölkəmizə heç bir bildiriş göndərilməyib. 2021-ci ilin yanvar-avqust ayları ərzində isə Azərbaycandan digər ölkələrə ümumilikdə 38 bildiriş göndərilib. Sözügedən bildirişlərin hamısı öz təsdiqini tapıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti