...

İranın yük maşınlarından vergi tutulması ilə bağlı Gömrük Komitəsindən açıqlama

İqtisadiyyat Materials 13 Sentyabr 2021 15:00 (UTC +04:00)
İranın yük maşınlarından vergi tutulması ilə bağlı Gömrük Komitəsindən açıqlama

Bakı. Trend:

Son günlər erməni mətbuatında Gorus-Qafan yolunun Azərbaycandan keçən hissəsində Azərbaycan tərəfinin İrana məxsus yük maşınlarından vergi pulu tələb etməsi ilə bağlı xəbərlər yayılıb. Dövlət Gömrük Komitəsi kütləvi informasiya vasitələrində yayılan bu məlumatlarla bağlı açıqlama yayıb.

Trend-in məlumatına görə, açıqlamada deyilir ki, Vergi Məcəlləsinin 210-cu maddəsinə əsasən, ölkə ərazisinə daxil olan və ölkə ərazisini tərk edən zaman xarici dövlətlərin avtonəqliyyat vasitələri yol vergisinin vergitutma obyektidir.

Bu məcəlləyə əsasən, avtonəqliyyat vasitələri yol vergisinə, “Dövlət rüsumu haqqında” qanunun 24-cü maddəsinə əsasən ölkə ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumuna cəlb edilir.

Hazırda gömrük orqanları tərəfindən qanunvericilikdə bu istiqamətdə nəzərdə tutulan müddəaların yerinə yetirilməsi bütün ölkə ərazisi üzrə təmin olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti