Bakı. Humay Ağacanova - Trend:
“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 2021-ci il oktyabrın 7-də qida məhsulları sahəsində fəaliyyət göstərən 26 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.
Bu barədə Trend-ə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Qeyd edilən tarixdə 2 sahibkarlıq subyektində aparılan təftiş və ekspertiza nəticəsində həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.
Qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyektlər:
№ |
Subyektin adı |
Fəaliyyət istiqaməti |
İmtina səbəbi |
1 |
Rzayev Hacıbala Feyzulla oğlu |
ilkin istehsal |
Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |
2 |
"EXOTİCA" MMC |
topdan satış |
Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |