...

Azərbaycanda Su strategiyası hazırlanır

İqtisadiyyat Materials 11 Noyabr 2021 16:19 (UTC +04:00)
Azərbaycanda Su strategiyası hazırlanır

Bakı. Elçin Mehdiyev – Trend:

Cənab Prezidentin tapşırığı ilə Azərbaycanda Su strategiyası hazırlanır.

Trend-in məlumatına görə, bunu İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov noyabrın 11-də Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, strategiya 18 illik dövrü əhatə edəcək.

“Su sahəsində institusional dəyişikliklərə gedilməlidir. Suyun bir sahibi olmalıdır. Biz bununla bağlı təklif vermişik. Elə etməliyik ki, su məsələləri kompleks şəkildə həll olunsun. Məsələyə kompleks yanaşma olmasa, problemlər tam həllini tapmayacaq” - deyə, nazi müavini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti