...

Azərbaycan nefti ucuzlaşıb

İqtisadiyyat Materials 19 Noyabr 2021 10:36 (UTC +04:00)

Bakı. Xaqan İsayev - Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 18-də 82,62 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,64 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 81,79 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,6 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 78,04 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,63 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 82,15 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,25 dollar/barel azdır.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti