Bakı. Elnur Bağışov - Trend:
Ötən ilin oktyabrın 23-dən dekabrın 21-ə qədər 22 min Azərbaycan vətəndaşı İrana səfər edib.
Trend-in İran KİV-lərinə istinadən məlumatına görə, 7 ay ərzində ümumilikdə İrana 1 471 677 nəfər səfər edib.
Məlumatda deyilir ki, 23 oktyabrdan – 21 dekabradək İrana təxminən 226 min İraq vətəndaşı, 103 min Əfqanıstan vətəndaşı, 90 min Türkiyə vətəndaşı, 22 min Azərbaycan vətəndaşı, 18 min Bəhreyn vətəndaşı, 12 min Oman vətəndaşı, 11 min Pakistan vətəndaşı, 6 min Rusiya vətəndaşı, 2 min Almaniya vətəndaşı və 88 min digər ölkə vətəndaşları səfər edib.
Qeyd edək ki, koronavirus pandemiyası səbəbi ilə İrana turist vizasının verilməsi təxminən 20 ay müddətinə dayandırılıb. Nəhayət 23 oktyabr 2021-ci ildən İrana turist vizası verilməyə başlayıb. Həmin müddətədək sadəcə səhiyyə və ticarət məqsədi ilə İrana səfər etmək mümkün olub.