...

Azərbaycan nefti ucuzlaşır

İqtisadiyyat Materials 1 Fevral 2022 10:25 (UTC +04:00)

Bakı. Sədrəddin Ağcayev - Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 31-də 94,2 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,46 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 93,25 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,47 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 88,23 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,83 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 92,52 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,34 dollar/barel azdır.

Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti