...

Azad edilən ərazilərə yeraltı qaz xətləri çəkiləcək

İqtisadiyyat Materials 18 Fevral 2022 12:28 (UTC +04:00)
Azad edilən ərazilərə yeraltı qaz xətləri çəkiləcək

Bakı. Samir Əli - Trend:

İşğaldan azad olunan ərazilərə qaz xətləri yeraltı çəkiləcək.

Trend-in məlumatına görə, bunu "Azəriqaz" İstehsalat Birliyinin Yeni Qazlaşma və İnkişaf şöbəsinin rəisi Teymur Cəfərov bildirib.

Onun sözlərinə görə, qaz xətləri müasir polietilen borular vasitəsilə çəkiləcək.

"Torpaqlarımız işğal olunana qədər həmin ərazilərin əksəriyyəti qazlaşdırılmışdı. Lakin işğal dövründə həmin xətlər məhv edilmişdi.

Torpaqlarımız işğaldan azad ediləndən sonra həmin ərazilərdə "Azəriqaz" tərəfindən araşdırmalar aparılıb. Müəyyən edilib ki, hansı ərazidə ermənilər məskunlaşıb, həmin ərazilərdə qaz xətləri qalıb, amma hansı məntəqələrdə ki yaşayış olmayıb, orada xətlər məhv edilib.

Nəzərdə tutmuşuq ki, həmin ərazilərdə müasir və yeni kommunikasiya quraq. Əvvəllər qaz xətləri yerüstü çəkilirdi. Amma indi həmin ərazilərə qaz xətləri yeraltı kommunikasiya şəklində çəkiləcək. "Azəriqaz" nəzərdə tutur ki, həmin ərazilərə bütün şəbəkə polietilen borularla yeraltı çəkilsin",- deyə T.Cəfərov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti