...

Son bir həftədə 400-dən çox şəxs üçün kiçik bizneslər yaradılıb

İqtisadiyyat Materials 22 Fevral 2022 10:52 (UTC +04:00)
Son bir həftədə 400-dən çox şəxs üçün kiçik bizneslər yaradılıb

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən özünüməşğulluq proqramı iştirakçılarına aktivlərin paylanması prosesi ötən həftə də davam edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, həftə ərzində paytaxt və regionlarda daha 406 işsiz və işaxtaran şəxsə mal və materiallar formasında aktivlər təqdim edilməklə onlar üçün kiçik bizneslər yaradılıb.

Onların mühüm hissəsini şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları təşkil edir.

Bu ilin əvvəlindən proqram çərçivəsində ümumilikdə 1200-dək işsiz və işaxtaran şəxsə aktivlər təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti