...

Ukrayna müharibə iqtisadiyyatına keçir - baş nazir

İqtisadiyyat Materials 7 Mart 2022 09:01 (UTC +04:00)

Bakı. Trend:

Ukrayna hökuməti maliyyə yardımı üçün bütün beynəlxalq təşkilatlar və ölkələrlə danışıqlar aparır.

Trend xəbər verir ki, bunu gündəlik müraciətində Ukrayna baş naziri Denis Şmıqal bildirib.

Onun sözlərinə görə, Avropa İnvestisiya Bankı Ukraynaya yardım üçün digər layihələrdən 639 milyon avronun yönləndirilməsinə razılıq verib və Nazirlər Kabineti bunun üçün artıq lazımi sənədləri qəbul edib. Həmçinin, Maliyyə Nazirliyi artıq hərbi istiqrazların ilk buraxılışını keçirib və ikinci buraxılışını planlaşdırır.

"Yüzlərlə xarici şirkət Rusiyada istehsal sahələrini bağlayır və məhsullarının satışını qadağan edir. Bu ölkə bütün cəbhələrdə uduzsa da, biz tez bir zamanda müharibə iqtisadiyyatına keçməliyik", - hökumət başçısı bildirib.

Şmıqal qeyd edib ki, bu, ehtiyacların dəqiq planlaşdırılmasını nəzərdə tutur, dövlət kritik ehtiyacları ödəmək üçün artıq müəssisələrə dövlət sifarişləri verməyə başlayıb.

"Söhbət təkcə silahlardan getmir, yemək, dərman, yanacaq və s. Biz ölkəni lazım olan hər şeylə təmin etməyə borcluyuq. Artıq hökumət bəzi sosial əhəmiyyətli malların və onların istehsal olunduğu xammalın ixracına məhdudiyyətlər qoyub, ərzaq təhlükəsizliyinə nəzarət hazırda İqtisadiyyat Nazirliyinin prioritet istiqamətlərindən biridir.

Müharibə başlayandan bəri çoxları evlərini, işlərini, əmanətlərini itirib, ancaq Ukraynanın müdafiəsinə qalxdı. Bu gün dövlət onları dəstəkləyir. Prezidentin tapşırığı ilə yenilənmiş “E-podtrimka” proqramı gələn həftədən fəaliyyətə başlayacaq. Bu proqram çərçivəsində müharibə nəticəsində işini itirən hər bir işçi, hər bir fərdi sahibkar 6,5 min qrivna ala biləcək", - baş nazir əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti